Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəzi uşaqların boyu niyə artmır?

Bəzi uşaqların boyu niyə artmır?

Tarix: 3 Oktyabr 2023 05:48

Yaxşı qidalanmayan uşaqların boyunun 20 santimetrə qədər qısaboylu olmasına səbəb olduğu üzə çıxaıb.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, bu barədə tədqiqat aparan İngilis alimlər 1985-ci illə 2019 arasında 5 və 19 yaş arasındakı 65 milyondan çox uşaq və yeniyetmənin yemək vərdişlərini təhlil edilib.

Tədqiqatçılar dünyadakı uşaqların boy və çəkisindəki dəyişikliklərin mövcud qidalanma keyfiyyətini əks etdirə biləcəyini bildiriblər. Tədqiqat qidalanmayan uşaqların boyunun digərlərindən daha qısa olduğu nəticəsinə gəlib.

Genetikanın hər uşağın boyu və çəkisində əhəmiyyətli bir rol oynadığını qəbul edən alimlər, ümumi əhalinin sağlamlığına gəlincə, qidalanma və ətraf mühit faktorlarının daha vacib olduğu qənaətinə gəliblər.

Araşdırmaya görə ən uzunboylu uşaqlar Niderland və Çernoqoriyadadır.Ən qısaboylular isə Cənubi və Cənub-Şərqi Asiyada, Latın Amerikasında və Şərqi Afrikada yaşayırlar. 


Etiketlər:  Bəzi uşaqların boyu niyə artmır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ