Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya Arestoviçi axtarışa verdi

Rusiya Arestoviçi axtarışa verdi

Tarix: 3 Oktyabr 2023 16:34

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Prezidentinin Ofisinin keçmiş müşaviri Aleksey Arestoviçi axtarışa verib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, onun Cinayət Məcəlləsinin hansı maddəsi ilə axtarışa verildiyi açıqlanmır.

Xatırladaq ki, may ayında "Rosfinmonitorinq" A. Arestoviçi ekstremist fəaliyyət və ya terrorizmlə əlaqəli şəxslər siyahısına daxil etmişdi. Eyni reyestrdə digər Ukrayna siyasətçiləri və məmurları, o cümlədən Ali Radanın deputatı Aleksey Qonçarenko, Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Valentin Nalivayçenkonun da adı var.

A. Arestoviç bu ilin yanvarında Ukrayna Prezidentinin Ofisinin müşaviri vəzifəsindən istefa verib. 


Etiketlər:  Rusiya Arestoviçi axtarışa verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ