Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Arutyunyanın azərbaycanlı vəkili: Peşə borcumdur... - FOTO

Arutyunyanın azərbaycanlı vəkili: Peşə borcumdur... - FOTO

Tarix: 4 Oktyabr 2023 11:03

Xankəndində həbs edilərək Bakıya gətirilən separatçı Arayik Arutunyanın vəkilinin kimliyi məlum olub.

Sonxeber.net azinforum.az-a istinadən xəbər verir ki, onun hüquqlarını tanınmış vəkil Alov Səfərəliyev müdafiə edəcək. 

Alov Səfərəliyev açıqlamasında faktı təsdiqləyib: "Bu gün Araik Arutyunyanın müdafiəçisi kimi onun dindirilməsində iştirak etdim. Səhhəti və psixoloji durumu yerindədir. Təkcə onu deyə bilərəm ki, onun dedikləri bir çox məsələlərin açılmasına kömək olacaq. 

Müdafiəmizi Azərbaycan Respublikasının qanunvericiliyinə, Beynəlxalq konvensiyaların tələblərinə və vəkil etikasına uyğun olaraq quracayıq. Bir sözlə, peşə borcumuzu vicdanla yerinə yetirəcəyik!"


Etiketlər:  Arutyunyanın azərbaycanlı vəkili Peşə borcumdur FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ