Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zelenski İlham Əliyevə təşəkkür edib

Zelenski İlham Əliyevə təşəkkür edib

Tarix: 4 Oktyabr 2023 19:12

Zelenski Prezident İlham Əliyevə təşəkkür edib

Xəbər verdiyimiz kimi, oktyabrın 4-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Prezident Volodimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi əhəmiyyətli humanitar yardıma, xüsusilə qış şəraitində enerji sektoruna verilən dəstəyə görə təşəkkürünü bildirib.

Telefon söhbəti əsnasında dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə bir daha dəstək ifadə olunub, regional təhlükəsizlik, mövcud təhdidlər və gələcək əməkdaşlıq formatlarına dair fikir mübadiləsi aparılıb.

Milli.Az


Etiketlər:  Zelenski İlham Əliyevə təşəkkür edib


RƏYLƏR