Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Oktyabr 2023 19:30
Əməkdar artist Rühəngiz Allahverdiyevanın qızılları oğurlanıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, müğənni bu haqda "Elgizlə izlə" verilişində danışıb. O bildirib ki, bununla bağlı heç bir şikayət də etməyib:
"Evimdə nə brilyant var idisə, hamısı oğurlandı. O qədər də çox deyildi. Özü də onları öz zəhmətimlə almışdım. Qızılları mənə hansısa bir kişi bağışlamamışdı və ya almamışdı. Millətimin toylarına gedib pul qazanıb, qəpik-qəpik yığıb brilyantları almışam. Oğurluqla bağlı polisə şikayət etməmişəm. Onları kim götürübsə, rahatlıqla yeyə bilməyəcək".