Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Oktyabr 2023 21:51
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşüb.
Milli.az xəbər verir ki, bu barədə nazir X hesabında paylaşım edib.
"Türkmənistana səfərimiz çərçivəsində Türkmənistan Prezidenti cənab Sərdar Berdiməhəmmədovun qəbulunda olduq. Dövlət başçılarının dostluğa və həmrəyliyə əsaslanan Azərbaycan-Türkmənistan münasibətlərinə verdiyi önəm sayəsində çoxtərəfli əlaqələrin inkişafı qeyd olundu", - paylaşımda vurğulanıb.