Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Oktyabr 2023 22:20
Ermənistan Fransa ilə hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı danışıqlar aparacaq.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə hakim "Mülki Müqaviləsi" partiyasının üzvü Armen Xaçatryan bildirib.
Müqavilələr imzalanacağı təqdirdə Ermənistan özü avadanlıqların pulunu ödəyəcək.
"Hava hücumundan müdafiə Ermənistanın ən zəif tərəflərindən biridir. Bizə yeni keyfiyyət lazımdır", - deyə Xaçatryan da bildirib.
Xatırladaq ki, Fransa müdafiə müəssisələri bir neçə hava hücumundan müdafiə sistemi istehsal edir.
Bunlardan ən müasiri təxminən 48 milyon dollar dəyərində olan "Crotale NG" qısamənzilli hava hücumundan müdafiə sistemidir.