Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyanın Kursk vilayətinə PUA hücumu olub

Rusiyanın Kursk vilayətinə PUA hücumu olub

Tarix: 5 Oktyabr 2023 08:00

Rusiyanın Kursk vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə hücumolub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə regionun rəhbəri Roman Starovoyt öz teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, Ukrayna PUA-ları Kursk vilayətinin bir sıra rayonlarında infrastruktur obyektlərinə hücum edib, elektrik enerjisinin verilişində fasilələr qeydə alınıb.

Region qubernatorunun sözlərinə görə, fövqəladə hallar briqadaları artıq elektrik təchizatını bərpa etməyə başlayıblar.

Milli.Az


Etiketlər:  Rusiyanın Kursk vilayətinə PUA hücumu olub


RƏYLƏR