Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dubayda saxlanılan gəmiçilərimizdən bir aydan çoxdur ki, xəbər yoxdur - VİDEO

Dubayda saxlanılan gəmiçilərimizdən bir aydan çoxdur ki, xəbər yoxdur - VİDEO

Tarix: 5 Oktyabr 2023 17:32

Azərbaycan vətəndaşı olan 4 nəfər Türkiyə gəmiçilik şirkətlərindən birinə məxsus olan yük gəmisi ilə getdikləri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində polis tərəfindən saxlanılıb. Valideynlər bildirir ki, təxminən 1 ay yarımdır, övladları ilə bağlı heç bir məlumat verilməyib. 

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Astara rayonu, Şiyəkəran kənd sakini 21 yaşlı Elçin Nəcəfov gəmidə işləmək üçün 6 ay  kurs keçdikdən sonra bu ilin iyul ayında Türkyədə fəaliyyət göstərən  gəmiçilik şirkətinə işə düzəlib. Bir ay gəmidə işləyən Elçin Nəcəfəov hər gün ailəsi ilə danışaraq hansı limanda olduğu barədə məlumat verib. Sonucu dəfə  avqust ayının 19-da Elçin Nəcəfov evə zəng edərək Birləşmiş Ərəb Əmirliklərində olduğunu, gətirdikləri yükü limanda təhvil verərək, hər şeyin yaxşı olduğunu  atasına bildirib. Ancaq o gündən sonra Elçinlə əlqə saxlmaq  mümkün olmayıb.

Elçinlə bərabər olan digər 3 nəfərin də valideynləri narahatdır. Elşad Nəcəfov övladlarının işlədiyi şirkətin rəhbərliyi ilə əlaqə saxladıqlarını, lakin  ailələrə  şirkətdən tutarlı cavab verilmədiyini deyir.

Elçin Nəcəfovun atası Elşad Nəcəfov bildirir ki, oğlu  44 günlük Vətən müharibəsində  də iştirak edib. Valideynlər müvafiq dövlət qurumlarına da müraciət etdiklərini bildiriblər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Dubayda saxlanılan gəmiçilərimizdən bir aydan çoxdur ki xəbər yoxdur VİDEO


RƏYLƏR