Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Putin Vardanyanın həbsindən danışdı

Putin Vardanyanın həbsindən danışdı

Tarix: 5 Oktyabr 2023 19:15

Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında bildirib.

Putin Qarabağın keçmiş "lider"lərinin həbsi ilə bağlı suala cavabında bildirib ki, Azərbaycan rəhbərliyinin bu məsələdə humanitar mövqedən çıxış edəcəyinə ümid edir.

Qeyd edək ki, Ruben Vardanyan 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq, ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub. Məhkəmə qərarı ilə haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Milli.Az


Etiketlər:  Putin Vardanyanın həbsindən danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ