Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Oktyabr 2023 14:15
2000-ci illərin sevilən dueti, keçmiş cütlük - Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu yenidən bir araya gəliblər.
Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, ifaçılar məclislərdən birində eyni səhnəni paylaşıb. Onlar illər sonra məşhur mahnılarından olan "Bağlanıram"ı birgə ifa ediblər.
Sosial şəbəkələrdə qısa zaman ərzində yayılan görüntülərdə 52 yaşlı Aygün Kazımovanın görünüşü də müzakirə mövzusuna çevrilib. İstifadəçilər Xalq artistinin yaşından çox gənc göründüyünü, bütün plastik əməliyyatları qədərində etdirdiyini bildiriblər.