Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ”ın bu qələbəsi Azərbaycana 0,500 xal gətirdi

“Qarabağ”ın bu qələbəsi Azərbaycana 0,500 xal gətirdi

Tarix: 6 Oktyabr 2023 16:16

Avrokubokların qrup mərhələsinin II turundan sonra ölkələrin UEFA reytinqi açıqlanıb.

Milli.Az İdman.biz-ə istinadən xəbər verir ki, "Qarabağ" Avropa Liqasında ardıcıl ikinci qələbəsini qazanaraq Azərbaycanın aktivinə növbəti xalları yazdırıb.

İsveçdə "Hekken"i 1:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun komandası ölkəmizin hesabına daha 0,500 xal gətirib. Yarım xalla cari mövsümün ümumi qazancı 3,625-ə çatıb.

Azərbaycan son 5 mövsümdə ümumilikdə 17,875 xal toplayıb. Ölkəmiz siyahıda 29-cu pillədə qalıb. Azərbaycan siyahıdakı qonşuları Slovakiya və Bolqarıstandan yarım xal geri qalır.

Reytinq cədvəlinə İngiltərə başçılıq edir. İspaniya ikinci pillədə yer aldığı halda, İtaliya "üçlüy"ü qapayır.

Milli.Az


Etiketlər:  Qarabağın qələbəsi Azərbaycana 0500 gətirdi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR