Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Premyer Liqa: “Zirə” “Turan Tovuz”u minimal fərqlə məğlub edib

Premyer Liqa: “Zirə” “Turan Tovuz”u minimal fərqlə məğlub edib

Tarix: 6 Oktyabr 2023 20:52

Azərbaycan Premyer Liqasında IX tura start verilib.

Sonxeber.net report-a istinadən xəbər verir ki, turun açılış oyununda lider "Zirə" meydana çıxıb.

Qəsəbə təmsilçisi doğma arenada "Turan Tovuz"u qəbul edib. Hesabı meydan sahibləri açıblar. 33-cü dəqiqədə Salifu Suma fərqlənib.

Qonaqlar 74-cü dəqiqədə Denis Marandiçinin qolu sayəsində "status-kvo"nu bərpa ediblər. Lakin tovuzluların sevinci cəmi 3 dəqiqə çəkib. 77-ci dəqiqədə Qismət Alıyev "Zirə"yə 2:1 hesablı qələbə qazandıran qola imza atıb.

Bakılılar bu qalibiyyət sayəsində xallarının sayını 19-a çatdırıblar. Bölgə təmsilçisinin isə hesabında 11 xal var.

Qeyd edək ki, turun "Qəbələ" - "Səbail", "Sabah" - "Araz-Naxçıvan" görüşləri oktyabrın 7-də, "Sumqayıt" - "Kəpəz" və "Neftçi" - "Qarabağ" qarşılaşmaları isə 8-də keçiriləcək.


Etiketlər:  Premyer Liqa Zirə Turan Tovuzu minimal fərqlə məğlub edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ