Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Plastik əməliyyat daha bir can aldı - FOTO

Plastik əməliyyat daha bir can aldı - FOTO

Tarix: 6 Oktyabr 2023 23:10

Məşhur argentinalı aktrisa və model Jaklin Karrieri estetik əməliyyatdan sonra 48 yaşında vəfat edib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, oktyabrın 7-də 49 yaşını qeyd etməyə hazırlaşan Karrieri pandemiyadan sonra iki azyaşlı uşağı ilə məskunlaşdığı Los-Ancelesdə dünyasını dəyişib.

Məlumata görə, model və aktrisalıqdan əlavə tanınmış sahibkar olan Karrierinin ölümünə səbəb estetik əməliyyatdan sonra səhhətində yaranan problemlər və fəsadlar olub. 

Xatırladaq ki, digər argentinalı aktrisa və model, 43 yaşlı Silvina Luna etdirdiyi uğursuz plastik əməliyyatlardan sonra dünyasını dəyişib.

Milli.Az


Etiketlər:  Plastik əməliyyat daha bir can aldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ