Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beyində qan dövranı pozulması - Niyə baş verir?

Beyində qan dövranı pozulması - Niyə baş verir?

Tarix: 7 Oktyabr 2023 08:18

Beyin qan dövranın pozulmasının birinci əlaməti yüksək təzyiq və damarların keçiriciliyinin pozulması, ateroskleroz problemləridir.

Sonxeber.net bildirir ki, insanda bu simptomların formalaşmasının kökündə düzgün qidalanmamaq durur: hədsiz yağlı, duzlu yeməklər, xəmir məmulatları, şirniyyat, qəhvə, içki - damarların entotelində xolesterin düyüncüklərini toplayır.

Elə adam var, vaxtında məlumatlı olduğundan dərman və təbii vasitələrdən istfadə edərək toplanmış xolesterin düyünlərini hələ bərkiməmiş damarlardan çıxara bilir. Bununla da müəyyən mənada özünə kömək edir.

Elə yeməklər var ki, onlar sirkəylə yeyilməlidir. Elə yemək var limonla. Amma insan var, xüsusilə gənclər bütün günü fast food və şirniyyat yeyir.

Qaraciyərin piylənməsi də damarlarda keçiriciliyi azalır, qan qatılaşır, dövran pozulur.

Bu hal illərlə davam etdikdə damarlar sıxılır. Beyinə qan normal getmir. Xüsusən baş yuxarıda olduğundan ora qanı qovmaq da damar üçün çətinləşir.

Əvvəlcə təzyiq oynayır, hətta ayda bir dəfə təzyiq 160-180-ə qalxıb, hipertonik kriz yaradırsa, xəstə həmin vaxt artıq qan və damarların yoxlanmasını düşünməlidir. Qanın analizi ilə lipid səviyyə, xolesterin, qaraciyər piylənməsi kimi məqamlar yoxlanmalıdır.

Buna fikir vermədikdə o artıq hipertoniya xəstəsinə çevrilir: insanda beyin zəifləyir, yaddaş pozulur, beyinə qan işləmir, ötüb-keçən insult krizləri olur - xəstə bir səhər oyanır ki, əli tutulub, gözü 1-2 saatlıq dumanlanıb, ətraflar sıxılır. Səhər başı gicəllənir, qusma olur, 1-2 saatdan sonra keçir. Xəstə də bundan arxayın olur, həkimə getmir.

Bunlar artıq beyin qan dövranı sisteminin pozulmasını göstərir.

Ən sonda xəstə insult olur.

Azərbaycanda ən çox rast gəlinən forma işemik insutdur. /medicina.az


Etiketlər:  Beyində dövranı pozulması Niyə baş verir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ