Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2023 11:32
Azərbaycan millisinin futbolçusu Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi "Adana Demirspor" Türkiyə Superliqasında 8-ci turun oyununa çıxıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, komanda doğma azarkeşləri önündə "Trabzonspor"u qəbul edib.
Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ş. Məhəmmədəliyev görüşü ehtiyat oyunçular skamyasından izləyib.
Oyuna yeganə qolu matçın 29-cu dəqiqəsində Nani vurub.
Qeyd edək ki, bu nəticədən sonra Adana təmsilçisi 17 xalla (8 oyun) 3-cü pillədə qərarlaşıb. "Fənərbaxça" 21 xalla (7 oyun) 1-ci, "Qalatasaray" 19 xalla (7 oyun) 2-cidir.