Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həbsxanada yanğın - 3 nəfər ölüb, 16 nəfər yaralandı

Həbsxanada yanğın - 3 nəfər ölüb, 16 nəfər yaralandı

Tarix: 7 Oktyabr 2023 12:48

Cümə günü Livanın şərqindəki Zahl şəhərindəki həbsxanada baş vermiş yanğın nəticəsində 3 məhbus ölüb, 16 nəfər yaralanıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Livanın Milli Xəbər Agentliyinə məlumat verib.

Qeyd olunur ki, bir neçə məhbus şəraitin pis olması səbəbindən qaçmaq istəyərkən həbsxananı yandırıb.

Mülki müdafiə qrupları və Qızıl Xaç Cəmiyyətinin əməkdaşları zərərçəkənləri yaxınlıqdakı xəstəxanalara çatdırıblar. Təxminən 650 məhbusun olduğu həbsxananın ətrafına hərbi və təhlükəsizlik qüvvələri yerləşdirilib.

Livan həbsxanalarında vəziyyət 2019-cu ildəki iqtisadi böhrandan sonra daha da pisləşib. Məhkumlar sıxlıqdan və pis yeməklərdən şikayətlənirlər.


Etiketlər:  Həbsxanada yanğın nəfər ölüb nəfər yaralandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ