Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ayaqların daim soyuq olmasının əsas səbəbi

Ayaqların daim soyuq olmasının əsas səbəbi

Tarix: 7 Oktyabr 2023 21:33

Daim ayaqlarının donmasından şikayət edənlər bunun səbəbini sinir sistemində də axtarmalıdır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, həkim nevroloq İrina Lyaskinanın fikrincə, soyuq ayaqlar damar, nevroloji patologiyalardan xəbər verə bilər.

Əgər şaxtada gəzmədən, soyuq suda ayaqları yumadan ayaqlarınız buz bağlayırsa, bu xəstəliklərdən şübhələnmək olar:

Reyno sindromu, polineyropatiya, şəkərli diabet, xroniki intoksikasiya, qalxanvari vəz problemləri, böyrək xəstəlikləri.

Profilaktika məqsədilə düzgün corab, ayaqqabı seçmək, süni materiallardan uzaq durmaq lazımdır. Qan dövranını aktivləşdirmək üçün səhər-axşam kontrastlı vanna edin. Yəni ayaqları gah isti, gah soyuq suda saxlayın.

Bu problemdən əziyyət çəkənlər öncə damar həkimi - fleboloq, daha sonra nevroloq müayinəsindən keçməlidir.

Milli.Az


Etiketlər:  Ayaqların daim soyuq olmasının əsas səbəbi


RƏYLƏR