Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Balasanyanın gizləndiyi yer bəlli oldu

Balasanyanın gizləndiyi yer bəlli oldu

Tarix: 8 Oktyabr 2023 15:09

Terrorçu və qanunsuz rejimin rəhbərlərindən biri olmuş Vitali Balasanyanın Ermənistan ərazisində olması ilə bağlı erməni mənbələrinin yaydıqları xəbər doğrudur.

Bu barədə Milli.Az Musavat.com-a istinadən xəbər verir.

Məlumata görə, Balasanyan naməlum şəraitdə və bilinməyən bir zamanda Qarabağ ərazisini tərk edərək Ermənistana keçə bilib.

Məlumatı sayta verən mötəbər mənbənin rəyinə görə, Qarabağda hərbi cinayətlər törətmiş və əli dinc azərbaycanlıların qanına batmış rejim mənsubu harada olmasından asılı olmayaraq, Azərbaycan dövləti tərəfindən tapılacaq və öz cəzasına çatdırılacaq. Bu baxımdan Vitali Balasanyanın hazırda gizləndiyi Ermənistan o qədər də etibarlı bir yer sayılmır.

Qeyd edək ki, ötən gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı rəsmi məlumatda əsir düşmüş Natiq Qasımovun məhz Vitali Balasanyan tərəfindən vəhşicəsinə qətlə yetirildiyi açıqlanmışdı.

Milli.Az


Etiketlər:  Balasanyanın gizləndiyi bəlli oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ