Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

HƏMAS yaraqlıları israilli futbolçunu qətlə yetirib

HƏMAS yaraqlıları israilli futbolçunu qətlə yetirib

Tarix: 8 Oktyabr 2023 17:38

İsraildə Fələstinin HƏMƏS yaraqlıları sabiq futbolçu Lior Assulini qətlə yetiriblər.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Təl-Əvivin "Hapoel" klubu sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, 43 yaşlı idmançının meyiti Reim kibutsunun (kommuna) yanında aşkarlanıb.

Qeyd edək ki, "Hapoel"dən başqa israilli futbolçu ölkəsinin "Makkabi" (Hertsliya), "Beytar", Bney Şahnin" və "Bney İyehuda", həmçinin Kiprin "Apollon" komandalarında çıxış edib. Eyni zamanda, o, 2004-cü ildə Moskvanın "Spartak" klubunun maraq dairəsində olub.

Milli.Az


Etiketlər:  HƏMAS yaraqlıları israilli futbolçunu qətlə yetirib


RƏYLƏR