Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Röya Ayxanın atası: "Oxumağına razı deyildim, gizli getdilər" - VİDEO

Röya Ayxanın atası:

Tarix: 9 Oktyabr 2023 14:15

"Deyilənə görə yaxşı ifaşı olmuşam. Çox təəssüf edirəm ki, səsimi itirdim. Bilmirəm nəyə görə oldu. Kaş balamla bir duetim olardı. Yadigar qalardı. Onunla "Ninnə yarım" mahnısını orijinal formasında oxuyardım".

Milli.Az olay-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Röya Ayxanın atası Yaqub Nəcəfov deyib. 

"Oxumağına razı deyildim. Gizli getdilər. Sonra anası dedi ki, bilirsən qızın nə oxuyur? Sən bir ona qulaq as. Təsadüfən səsini dinlədim, ürəyim getdi. Bu Allahın vergisi idi. Onu saxlamaq günah idi" -  deyə sənətçinin atası bildirib. 

Y.Nəcəfov bildirib ki, hər zaman övladlarının yanında olmaq istəyir: "Ölmək istəmirəm. İstəyirəm ki, hər zaman balalarımın yanında olum. Gözüm onları gəzsin. Vaxtında olub ki, balalrıma hər şeyi verə bilməmişəm. Ailə problemi oldu. Həmin an bir az boşluq oldu. Burada olmadım. Sonra dözə bilmədim və qayıtdım. İndiyə qədər evlənməmişəm. Balalarıma olan sevgimi başqasına vermək istəmədim. Anaları da elədir. Oturdu namus-qeyrətlə uşaqlarına baxdı. Kaş bu ayrılıq olmayaydı. İndiki vaxtım olsaydı, bu heç vaxt baş verməzdi". 

Milli.Az


Etiketlər:  Röya Ayxanın atası Oxumağına razı deyildim gizli getdilər VİDEO


RƏYLƏR