Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sakit okeanda sunami təhlükəsi elan edildi

Sakit okeanda sunami təhlükəsi elan edildi

Tarix: 9 Oktyabr 2023 14:36

Tokionun cənubunda Sakit okeanda yerləşən Yaponiyanın uzaq Oqasavara və İzu adaları üçün bir metrə qədər sunami təhlükəsi yaranıb.

Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə ölkənin milli meteorologiya departamenti məlumat yayıb.

Artıq Xatiszyo adalarında hündürlüyü təxminən 40 sm olan dalğalar qeydə alınıb.Bölgələrin sakinləri sahil xəttinə yaxınlaşmamağa çağırılır. Tələfat və dağıntılar barədə məlumat verilmir.

Sunamiyə Sakit Okeanda baş verən zəlzələ səbəb olub. Lakin meteorologiya idarəsi onun miqyası və mənbənin dərinliyi barədə məlumat vermir.

Ötən həftə həmin bölgədə 6,6 bal gücündə zəlzələ baş vermişdi və bu da bir metrə qədər sunami təhlükəsi ilə nəticələnmişdi.


Etiketlər:  Sakit okeanda sunami təhlükəsi elan edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ