Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur səyyah 6 ay boyunca suda üzərək zibilləri yığacaq

Məşhur səyyah 6 ay boyunca suda üzərək zibilləri yığacaq

Tarix: 9 Oktyabr 2023 17:24

Fyodor Konyuxov günəş enerjisindən istifadə edərək iki okeanı keçməyi planlaşdırır.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, məşhur ekstremal idman həvəskarı yeni səyahəti zamanı suda üzən zibilləri toplamağı planlayır.

Məşhur səyyah Fyodor Konyuxov vaxtilə planlaşdırdığı möcüzə ekspedisiyasını həyata keçirmək arzusunda əzmkarlıq göstərməyə hazır olduğunu sübut etmək istəyir. Söhbət "su layihəsi" transokean proyektindən gedir.

Konyuxov tarixdə ilk dəfə günəş enerjisi ilə idarə olunan qayıqla Sakit okean üzərindən təkbaşına keçid etməyə hazırlaşır. Fyodor Filippoviç mediaya verdiyi açıqlamada səyahətin məqsədindən danışıb. O bildirib ki, gələcək transokean keçidinin iki mühüm məqsədi var:

"Birincisi, alternativ enerjinin imkanlarına diqqət çəkməkdir. İkinci məqsəd isə okeanlardakı çirklənmənin faktiki səviyyəsi haqda müşahidə aparmaqdır. Gəzərkən okeanda müşahidə aparacağam. Qayıq okean suyunda tapılan ən kiçik plastik hissəciklərini yığmağı bacaran xüsusi axın tipli filtrlərlə təchiz ediləcək. Toplanan bütün materiallar daha sonra analiz üçün okeanoloqlara veriləcək".

Milli.Az


Etiketlər:  Məşhur səyyah 6 ay boyunca suda üzərək zibilləri yığacaq


RƏYLƏR