Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tanınmış dramaturqdan “yumorist”lərə sərt irad: “Biabırçılıqdır!”

Tanınmış dramaturqdan “yumorist”lərə sərt irad: “Biabırçılıqdır!”

Tarix: 10 Oktyabr 2023 02:05

"Klassik lətifələri səhnələşdirib versələr, daha yaxşı nəticə alınar, nəinki insanları zorla güldürməyə çalışmaq".

Bu sözləri telekanallarda "stand-up" adı ilə yayımlanan komediya xarakterli verilişlərlə bağlı tənqidi fikirlər səsləndirən Əməkdar incəsənət xadimi, dramaturq Firuz Mustafa Yenicag.az-a açıqlamasında deyib.

Dramaturq belə verilişlərin əsasında düşündürücü gülüşün dayanmadığını, onların bayağı xarakter daşıdığını təəssüf hissi ilə bildirib:

"Televiziyalarda "komedixana" adı ilə gülməli, komik verilişlər guşəsi açıblar. Adamları güldürmək istəyirlər, ancaq onlar gülmür. Yaxud da heç bir mahiyyət kəsb etməyən, gülüş situasiyası olmayan replikaya camaat qəşş edib gülür.

Ədəbi dilə laiyq olmayan, senzuradan kənar ifadələr işlədərək izləyiciləri güldürməyə çalışırlar. Bunun qarşısını almağa gəlincə, belə komediya səhnəciklərinin yazarları peşəkar olmalı, teatrı, kinonu bilməli, aktyorun səviyyəsini nəzərə almalıdır.

Yoxsa, "anekdot" danışan insanı çıxarırlar ki, gəl, insanları güldür. Heç "anekdot" da deməyə adamın dili gəlmir. Bundansa, klassik lətifələri səhnələşdirib versələr, daha yaxşı nəticə alınar, nəinki insanları zorla güldürməyə çalışmaq.

Satirik yumor janrında yazılan əsər, veriliş və səhnəciklərin mahiyyəti yalnız güldürmək deyil, həm də düşündürməkdir. Bunlar düşündürə bilmir. Komandanın ayrıca bir adamı da olmalıdır ki, tamaşaçıları güldürmək üçün yanlarında dayanıb onları qıdıqlasın.

Baxırsan, əcaib görkəmli bir adam müxtəlif hərəkətlər edir, heç kəsə lazım olmayan bayağı söhbətlərlə insanları güldürməyə çalışır. Bu da biabırçılıqdır".

Milli.Az


Etiketlər:  Tanınmış dramaturqdan yumoristlərə sərt irad Biabırçılıqdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ