Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-a köçən Elariz xanımı ilə Bruklində GƏZİNTİDƏ - VİDEO

ABŞ-a köçən Elariz xanımı ilə Bruklində GƏZİNTİDƏ - VİDEO

Tarix: 10 Oktyabr 2023 07:30

Uzun zamandır həyat yoldaşı ilə ABŞ-a köçən müğənni Elariz Məmmədoğlu paylaşımı ilə diqqət çəkib.

Sonxeber.net bizim media-ya istinadla xəbər verir ki, cütlük okeanın o tayında, Bruklində dumanlı payız günündə göl ətrafında gəzərək, sadə amerikalıların həyat tərzlərini müşahidə ediblər.

Kadrlarda Elarizin qırmızı rəngli avtomobilinə yaxınlaşaraq, sükan arxasında əyləşməsi yer alıb. Həmin anları isə Məmmədoğlunun xanımı çəkərək, ərinin sosial şəbəkə hesabında izləyicilərlə paylaşıb.

Müğənninin xanımı paylaşıma "Bruklində bir payız günü" şərhini yazıb.

Kadrlarda Elarizin xanımının səsi gəlsə də, lakin özünü çəkmədiyindən onu görmək mümkün olmayıb.

Qeyd edək ki, Elariz Məmmədoğlunun xanımı illər əvvəl "Green card" oynayaraq, Amerika xəyalını gerçəkləşdirib. Beləcə, cütlük ABŞ-a köçüb. Müğənnilik karyerasını davam etdirən Elariz orada azərbaycanlıların və yəhudilərin toy və ad günlərində iştirak edir.


Etiketlər:  ABŞ köçən Elariz xanımı ilə Bruklində GƏZİNTİDƏ VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ