Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2023 17:48
HƏMAS-ın iqtisadiyyat naziri dünən gecə öldürülüb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
"Bu gecə İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə HƏMAS terror təşkilatının iqtisadiyyat naziri Cavad Əbu Şamalanı məhv edib. O, təşkilatın maliyyə işlərini idarə edirdi və Qəzza zolağının daxilində, eyni zamanda, xaricində terrorizmin maliyyələşdirilməsi və yönləndirilməsi üçün vəsait ayırırdı. Əvvəllər o, terror təşkilatında təhlükəsizlik postlarında çalışıb və İsrail dövlətinin vətəndaşlarına zərər vurmaq üçün bir sıra əməliyyatlara rəhbərlik edib", - məlumatda qeyd olunub.
Əbu Şamala həmçinin HAMAS-ın Siyasi Bürosunun üzvü idi.