Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2023 15:03
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında 2023-cü il 24 fevral tarixli Saziş"ə dəyişikliklərin edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında Qanunu təsdiqləyib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Sazişin adında "Azərbaycan-Özbəkistan İnvestisiya Fondu" sözləri "Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti ("Fondu") sözləri ilə əvəz edilib.
Sənədə əsasən, fondun baş ofisi Daşkənd şəhərində, nümayəndəliyi isə Bakı şəhərində yerləşəcək.