Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan işğalda olan 8 kəndi qaytarır

Ermənistan işğalda olan 8 kəndi qaytarır

Tarix: 12 Oktyabr 2023 10:27

Ermənistan hakimiyyəti Azərbaycanın tələb etdiyi 8 kəndi (Qazaxın 7 kəndi və Sədərəyin Kərki kəndi - red.) qaytarmağa hazırlaşır.

Milli.Az bildirir ki, bu barədə "168.am" saytı yazıb.

Sayt qeyd edir ki, Nikol Paşinyan son müsahibələrində bu məsələyə açıq şəkildə toxunub.

"Baş nazir Azərbaycanın bu kəndlərlə bağlı hüquqi əsası olmadığı haqda danışsa və erməni kəndlərinin də qaytarılması tələbini irəli sürsə də, əslində bu məsələ 2020-ci ilin 10 noyabrında həll edilib. Həmin vaxt Bakı bu kəndlərin qaytarılması şərtini də bəyanata daxil etmişdi, lakin son anda çıxartdılar və Paşinyan bununla bağlı öhdəlik götürdü. İndi həmin öhdəliyin yerinə yetirilməsinin vaxtı çatıb", - sayt qeyd edib.

Sayt Ermənistandə bu haqda daxili müzakirələrin başlandığını bildirib:

"Paşinyan kəndlərin qaytarılmasında heç bir maneə görmür. Yaxın dövrdə bu məsələ aktuallaşacaq".

Ermənistanın Mili Təhlükəsizlik Xidmətinin keçmiş direktoru David Şahnazaryan da hesab edir ki, Paşinyan artıq prosesin sonuna çatıb və ilk növbədə 8 kəndi Azərbaycana təhvil verəcək, daha sonra dəhliz tələbini yerinə yetirəcək.

Milli.Az


Etiketlər:  Ermənistan işğalda olan kəndi qaytarır


RƏYLƏR