Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı şahmatçı dünya çempionu oldu

Azərbaycanlı şahmatçı dünya çempionu oldu

Tarix: 12 Oktyabr 2023 21:14

İtaliyada rapid və blits üzrə gənclər arasında şahmat üzrə dünya çempionatı keçirilir.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Azərbaycanı yarışda Maqomed Muradlı və Gövhər Beydullayeva təmsil edir.

Rapid üzrə 11 turun nəticələrinə əsasən Beydullayeva 9 xal toplayaraq 1-ci yeri tutub. Muradlı isə 6,5 xalla 8-ci yerdə qərarlaşıb.

Gənclər arasında dünya çempionatı blits-turnirlə davam edəcək.

Reytinqə görə, Muradlı 47 iştirakçı arasında dördüncü, Beydullayeva isə 24 iştirakçı arasında üçüncüdür.


Etiketlər:  Azərbaycanlı şahmatçı dünya çempionu oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ