Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

HƏMAS üzvlərinin əlində İsrailin hərbi bazalarının xəritələri olub

HƏMAS üzvlərinin əlində İsrailin hərbi bazalarının xəritələri olub

Tarix: 13 Oktyabr 2023 21:26

HƏMAS üzvlərinin əlində İsrailin hərbi bazaları və şəhərlərinin ətraflı xəritələri olub.

Oktyabrın 7-də Qəzza zolağından İsrailə sızan HƏMAS yaraqlılarının əllərində şəhərlərin və hərbi bazaların müfəssəl xəritələri, həmçinin İsrailin zirehli texnikasının zəif yerləri haqqında ətraflı məlumat olub.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Nəşr hücumların baş verdiyi yerlərdə və öldürülən yaraqlıların əşyalarından tapılan sənədlərlə tanış olub. Ərəb dilində yazılmış təfərrüatlı təlimatlar HƏMAS tərəfindən hücumun yüksək səviyyədə planlaşdırılması və əhəmiyyətli kəşfiyyat məlumatlarının toplanmasından xəbər verir.

İsrailin keçmiş kəşfiyyatçısı Maykl Milşteyn bildirib ki, HƏMAS hücumu ətraflı planlaşdırıb: "Onlar məqsədlərinin nə olacağını dəqiq bilirdilər. Əvvəlki HƏMAS-ın heç bir səyi bu planlaşdırma səviyyəsinə yaxın olmayıb".

Belə ki, "tam məxfi" olan və 15 iyun tarixli sənədlərdən birində Kibbutza nüfuz etmək planı var. Buradan belə nəticə çıxır ki, "Y-nin S saatında" beş nəfərdən ibarət iki qrup və komandir əməliyyat keçirməli idi.

Qeyd olunub ki, 14 səhifəlik sənəddə Kibbutzun xəritələri və hava fotoşəkilləri olub. Sənəddə könüllü təhlükəsizlik qüvvələri tərəfindən qorunan təxminən min mülki şəxsin yaşadığı, həmçinin Mefalsim yaxınlığında yerləşən İsrail qüvvələrinin 3-5 dəqiqə ərzində əraziyə gələ biləcəyi barədə məlumatlar yer alıb.

Plana görə, yaraqlılar "danışıqlar üçün" girov götürməli idi. Oktyabrın 7-də qrup üzvləri faktiki olaraq Mefalsimə hücum ediblər.

Milli.Az


Etiketlər:  HƏMAS üzvlərinin əlində İsrailin hərbi bazalarının xəritələri olub


RƏYLƏR