Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2023 02:48
"Kimyaterapiya alan xəstələr xüsusilə qreypfrut yeməməlidirlər".
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu sözləri türkiyəli professor Şener Cihan döş xərçəngi riski və ya bu xəstəliyi olanların qidalanma rejimi ilə bağlı danışarkən bildirib.
Şener Cihan bu xəstəlikdə qidalanmanın böyük əhəmiyyəti olduğunu vurğulayıb.
Onun sözlərinə görə, klassik Aralıq dənizi tipli qidalanma bütün xərçəng xəstəliklərinə qarşı qoruyucu xarakter daşıyır.
"Bitki mənşəli qidalar və sağlam tərkibli yağlardan (məsələn, zeytun yağı) hazırlanan qidalar bu qrupa aid edilə bilər. Birbaşa od üzərində bişirilmiş ət məhsulları, tərkibində qatqı maddələri olan qidalar, həmçinin piylənməyə səbəb ola biləcək həddindən artıq qidalanma zərərli hesab olunur", - deyə professor qeyd edib.
"Kimyaterapiya alan xəstələr xüsusilə qreypfrut yeməməlidirlər. Bu meyvə kimyaterapiyanın effektivliyini azalda bilər. Xəstəliyin müşahidə altında olduğu müddətdə, xüsusilə estrogen hormonuna həssas şişləri olanlar, estrogenlə zəngin olan kətan toxumu və soya məhsullarından uzaq durmalıdırlar", - deyə Şener Cihan əlavə edib.