Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uzunömürlülük meyvəsinin faydaları

Uzunömürlülük meyvəsinin faydaları

Tarix: 14 Oktyabr 2023 03:45

Əncir Bakının simvoludur. Əncir və qurusu əksər xalq təbabəti reseptində var.

Sonxeber.net Medicina.az-a istinadən xəbər verir ki, əncir barədə dini kitablarda da yazılıb.

Müasir elm də sübut edib ki, əncir A, B, C vitaminləri və kalsium, kaliy, maqniy, marqans, sinklə zəngindir.

Təzə və quru əncir güclü antioksidantdır, hüceyrələri sərbəst radikalların təsirindən qoruyur.

Əncirin faydası:

- Həzm sistemi

Qəbizliyin qədimdən çarəsi hesab edilir. Çünki əncirdə çox lif və prebiotiklər var. Əncir yemək bağırsaqda iltihabı azaldır. Hamilələrə, yaşlı insanlara xüsusilə vacibdir.

- Təzyiq problemi

Xroniki təzyiq xəstəliyinin bir səbəbi də bədəndə natriumun çox, kaliumun az olmasıdır. Əncir bu disbalansı düzəldir, təzyiqi normallaşdırır.


Etiketlər:  Uzunömürlülük meyvəsinin faydaları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ