Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2023 10:18
AVRO-2024-ün seçmə mərhələsində Slovakiya ilə qarşılaşan Portuqaliyada penalti zərbəsini yerinə yetirən Ronaldo "Bismillah" deyib.
Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, ulduz futbolçunun bu hərəkəti kameralara əks olunub.
Hadisə, AVRO-2024-ün seçmə mərhələsində evdə Slovakiya ilə qarşılaşan Portuqaliyanın 29-cu dəqiqədə qazanılan penaltisi yerinə yetirilərkən yaşanıb.
Ronaldo penaltini qola çevirərkən dəfələrlə "Bismillah, Bismillah" dediyi anlar kameraya düşüb. Sözügedən hərəkətlə o, dünyanın dörd bir yanından olan müsəlmanların qəlbini fəth etməyi bacarıb.
Həmin videonu təqdim edirik: