Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hakan Fidan Blinkenlə danışdı

Hakan Fidan Blinkenlə danışdı

Tarix: 15 Oktyabr 2023 22:08

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün ABŞ dövlət katibi Entoni Blinken ilə telefon danışığı aparıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Qeyd olunub ki, danışıq ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.

Danışıq zamanı Fələstin və İsrail kontekstində son hadisələr və Qəzzada humanitar vəziyyət müzakirə edilib. Tərəflər regiona səfərləri ilə bağlı fikirlərini bölüşüblər.

Bundan əlavə, tərəflər NATO-nun genişlənməsini də müzakirə ediblər.


Etiketlər:  Hakan Fidan Blinkenlə danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ