Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan güləşçisi ardıcıl 2-ci dəfə dünya çempionu oldu

Azərbaycan güləşçisi ardıcıl 2-ci dəfə dünya çempionu oldu

Tarix: 16 Oktyabr 2023 00:12

Azərbaycanın çimərlik güləşçisi İbrahim Yusubov ardıcıl 2-ci dəfə dünya çempionu olub.

Sonxeber.net report-a istinadən xəbər verir ki, o, Türkiyənin Muğla bölgəsinin Sarıgerme qəsəbəsində keçirilən yarışda buna nail olub.

İ.Yusubov 90 kq çəki dərəcəsində Dünya Seriyasının Final mərhələsində gümüş medal qazanıb. Seriyanın 5 mərhələsinin yekununa əsasən, hamıdan çox xal toplayan güləşçi dünya çempionu titulunu qoruyub.

Əvvəlki dünya çempionatlarında qızıl və gümüş medal qazanmış Oyan Nəzəriani (+90 kq) medal kolleksiyasını tamamlayıb. O, bu dəfə bürünc mükafata sahib çıxıb. Ramiz Həsənov (70 kq) isə yekunda 4-cü yeri tutub.

Qeyd edək ki, çimərlik güləşi üzrə millinin baş məşqçisi kimi fəaliyyət göstərən Oyan Nəzəriani bu yarışda idmançı karyerasını başa vurub.


Etiketlər:  Azərbaycan güləşçisi ardıcıl dəfə dünya çempionu oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ