Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

8 yaşlı azərbaycanlı Almaniyanı FƏTH ETDİ - FOTO

8 yaşlı azərbaycanlı Almaniyanı FƏTH ETDİ - FOTO

Tarix: 16 Oktyabr 2023 07:40

Səkkiz yaşlı soydaşımız Sona Bəşirova Almaniyanın Sebnitz şəhərində keçirilən şahmat üzrə 23-cü Açıq U8 Çempionatının qalibi olub.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, 2001-ci ildən Saksoniya Yeniyetmə Şahmat Birliyinin keçirdiyi bu beynəlxalq turnir uşaqlar arasında ən rəqabətli yarışlardan hesab olunur. Bu turnirin əvvəlki qalibləri arasında Jan-Krzystof Duda (2005) və Vincent Keymer (2011) kimi tanınmış oyunçuları görmək olar.

Bu ilki yarişda 5 ölkəni (Almaniya, Polşa, Çexiya, Ukrayna, Türkiyə) təmsil edən 50 şahmatçı iştirak edirdi. 9 oyundan altısını qələbə və birini heç-heçə ilə başa vuran Sona, 6,5 xalla qızlar arasında birinci olub.

Berlində yaşayan Sona artıq bir neçə kubokun sahibidir. Bu qələbədən sonra Sona Alman Şahmat Birliyinin 8 yaşlı qızlar arasında reytinq cədvəlinə başçılıq edir.

Ən maraqlısı budur ki, Sona Sebnitzdeki yarışın beşinci və altıncı turlarında xal itirdiyinə görə xeyli məyus oldu. Lakin, FIDE Qadın Dünya Gənclər Rapid Şahmat Çempionu titulunu qazanmış həmyerlimiz Gövhər Beydullayevanın bu şad xəbərini gördükdən sonra o, yenidən həvəslənərək, qalan 3 turun hamısında qələbə qazanmışdır. Artıq Sona da öz qarşısına dünya çempionu olmaq məqsədi qoyub.


Etiketlər:  yaşlı azərbaycanlı Almaniyanı FƏTH ETDİ FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ