Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2023 08:58
Birləşmiş Ştatlar Fələstin-İsrail münaqişəsində iştirak etmək üçün Yaxın Şərqə qoşun göndərmək niyyətində deyil, lakin Qəzzada girov saxlanılan Amerika vətəndaşlarını azad etmək üçün onlardan istifadə etmək imkanını da istisna etmir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
"Prezident üçün bu, ən yüksək prioritetdir, onun üçün Amerika vətəndaşlarının geri qaytarılması və onların təhlükəsizliyi məsələsindən daha vacib heç nə yoxdur. Vətəndaşlarımızın azadlığa buraxılması ilə bağlı hər hansı variantı istisna etməyəcəyəm. Bunun üzərində hər saat işləyirik",- o bildirib.