Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur müğənninin sinəsi amputasiya olunacaq - FOTOlar

Məşhur müğənninin sinəsi amputasiya olunacaq - FOTOlar

Tarix: 16 Oktyabr 2023 11:35

Bir müddət bağırsaq xərçəngi diaqnozu qoyulan və uzun müddət süd vəzi xərçəngi ilə mübarizə aparan məşhur müğənni Fulden Uras bu yaxınlarda sinəsinin alınacağını açıqlayıb.

Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, 13 ildə 22 dəfə əməliyyat olunan 54 yaşlı məşhur bu barədə sosial mediada məlumat yayıb.

"22 əməliyyat. 22 narkoz. Hər birindən ümidlə, "bu sonuncu olacaq" deyə dualarla çıxmaq. 13 il demək asandır. Mənə çox əziyyət verdin, amma yenə də "sağ ol" dedim. Həmişə halıma şükür etdim, dərmansız dərd deyildin. Sabah səninlə vidalaşıram, sağ döş. Ürəyim dolu olsa da, kədərlənmirəm, əksinə, sevinirəm. Ən kiçik bir kədərdə şişib, infeksiyalaşan bir orqan daha bədənimdə olmayacaq. Təsəvvür edin ki, artıq ağrısız olmaq mənim üçün nə qədər dəbdəbədir. Bir az emosionalam, anam üçün darıxıram. Hal-hazırda sağ olsaydı, necə də kədərlənərdi. Özünə necə dərd verərdi. Bilirəm ki, mələyim məni ordan qoruyacaq. Əziz dostlarım, bundan sonra hər zaman sizə şad xəbər verəcəm, ağrım bazar ertəsi bitəcək. Narahat olmayın, mən çox təhlükəsiz əllərdəyəm. Hələlik həkimlərim alınacaq döşün silikonla dəyişdirilməsini məqsədəuyğun görmədilər. Əməliyyatdan sonra bir daha məlumat verəcəm. Narahat olmayın bir neçə gün olmayacam. Hamını sevirəm, dualarınızı gözləyirəm. Əlvida dərdim, əlvida sağ sinəm".

Fidan


Etiketlər:  Məşhur müğənninin sinəsi amputasiya olunacaq FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ