Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2023 22:46
Özbəkistanın paytaxtı Daşkənddə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib.
Bizim.Media AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv Özbəkistanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan millisinin 0:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, U-19 daha əvvəl bu rəqibə 0:3 hesabı ilə yenilib.