Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu gündən övladlığa götürmədə yeni sistem tətbiq olunur

Bu gündən övladlığa götürmədə yeni sistem tətbiq olunur

Tarix: 1 Noyabr 2019 14:52

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gündən övladlığa götürmə sahəsində fəaliyyətin istiqamətləndirilməsi, müraciətlərin qəbul edilməsi və müvafiq bazanın formalaşdırılması üçün elektron sistem istifadəyə veriləcək.

Trend-in məlumatına görə, övladlığa götürmə ilə bağlı müraciətlər həm DOST Mərkəzində, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron alt sistemi üzərindən qəbul ediləcək.

Övladlığa verilmə üçün qiymətləndirmə çox qısa müddətdə aparılmayacaq, bu, 6 aya qədər davam edən prosedur olacaq. Növbəti proses ailə ilə uşağın tanışlığı, onların neytral ərazidə görüşlərinin təşkili, ünsiyyətlərinə nəzarət edilməsi, uşağın əvvəlcə qısa müddətə, daha sonra daimi şəkildə ailəyə verilməsidir. Burada əsas maraq uşağın hüquqlarının qorunmasıdır. Əsas şərt övladlığa verilən uşağın psixoloji ehtiyaclarından irəli gələrək düzgün ailənin seçilməsidir. O ailənin həm maddi, həm də sosial baxımdan övladı yetişdirə bilmək qabiliyyətinin olmasını düzgün qiymətləndirmək lazımdır.

Yeni modelin üstün cəhəti budur ki, gələcək valideynlərlə müsahibələr ediləcək, onlar təlimlərə cəlb olunacaq. Hətta həmin valideyn namizədlər sosial müəssisələrə gedərək uşaqları ziyarət edəcəklər və uyğunlaşma prosesi gedəcək. Ondan sonra uşaq 3 aylıq həmin ailəyə veriləcək. Sosial cəhətdən qiymətləndirmə aparılacaq, əgər o ailə uşağı götürməyə hazırdırsa, rəy əsasında məhkəməyə müraciət ediləcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  gündən övladlığa götürmədə yeni sistem tətbiq olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ