Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mahmud Abbas xəstəxana vurulduğu üçün Baydenlə görüşü ləğv etdi

Mahmud Abbas xəstəxana vurulduğu üçün Baydenlə görüşü ləğv etdi

Tarix: 17 Oktyabr 2023 23:50

Fələstin Prezidenti Mahmud Abbas Qəzzada xəstəxananın vurulması ilə bağlı xəbərdən sonra ABŞ Prezidenti Co Baydenlə görüşü ləğv edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə yüksək səviyyəli Fələstin rəsmisi deyib.

Görüş ABŞ Prezidentinin Yaxın Şərqə səfəri çərçivəsində İordaniyada baş tutmalı idi.

Rəsmi məmbə bildirib ki, Mahmud Abbas Ramallaha qayıdıb.

Qeyd edək ki, bu gün Qəzzada xəstəxana vurulub, 30-ə qədər mülki şəxsin ölfüyü və bu rəqəmin daha da artacağı ehtimal olunur. Xəstəxanın İsrail tərəfindən vurduğu iddia olunur.

Milli.Az


Etiketlər:  Mahmud Abbas xəstəxana vurulduğu üçün Baydenlə görüşü ləğv etdi


RƏYLƏR