Tarix: 5 May 2019 15:12
“Verder”in futbolçusu Klaudio Pisarro öz rekordunu yeniləyib.
Qol.az xəbər verir ki, perulu hücumçu Dortmund “Borussiya”sı ilə görüşdə qol vurmaqla özünə məxsus olan Bundesliqada qol vuran ən yaşlı futbolçu rekordunu təkrarlayıb. Perulu forvard 40 yaş 213 günlüyündə fərqlənib.
Qeyd edək ki, ardıcıl 21 ildir ki, Bundesliqada qol vuran Pisarro çempionat tarixində ən yaxşı əcnəbi bombardirdir.