Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Sən kimsən ki, mənim yoldaşıma iynə vurursan?" - ANBAAN VİDEO

Tarix: 18 Oktyabr 2023 17:46

Türkiyənin Şanlıurfa bölgəsində maraqlı hadisə yaşanıb.

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, həyat yoldaşına kişi həkimin iynə vurduğunu öyrənən şəxs özünə hakim ola bilməyib. 

Həmin həkimi tapan "xəstəxanada qadın həkimlər olaraq, sən niyə mənim həyat yoldaşıma iynə vurmusan" deyib və onu döyüb. 

Hadisə ilə bağlı Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca da paylaşım edib və həkimə dəstəyini ifadə edib.

Həkimə hücum edən şəxs polis tərəfindən saxlanılıb.

Hamin olayın görüntülərini təqdim edirik:

Milli.Az


Etiketlər:  Sən kimsən ki mənim yoldaşıma iynə vurursan ANBAAN VİDEO


RƏYLƏR