Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kişi arvadını sevgilisi ilə tutdu, odunla öldürüb basdırdı

Kişi arvadını sevgilisi ilə tutdu, odunla öldürüb basdırdı

Tarix: 19 Oktyabr 2023 17:50

Türkiyənin Afyonkarahisar şəhərində ər arvadının məşuqəsini öldürərək yaşayış olmayan ərazidə basdırıb. 

Milli.Az baku.ws-ə istinadən bildirir ki, ötən gün gecə saatlarında Anıtkaya kəndi ərazisində Ali Aydın adlı şəxsə aid avtomobil anidən alışaraq yanıb.

Bundan sonra polis əməkdaşları oktyabrın 16-dan etibarən ailəsinin Alidən heç bir xəbər almadığı öyrənib.

Aparılan araşdırmalar zamanı Alinin sonuncu dəfə kəndlisi M.D adlı qadının evində görüldüyü məlum olub.

İstintaq prosesi zamanı məlum olub ki, Ali ilə M.D eşq yaşayırmış. Bir gün M.D-nin əri R.D evə gələndə onu Ali ilə görürür və arvadının məşuqəsini odunla vurur. Ali yerindəcə keçinir. Ər arvadı ilə birləşərək həyatını itirən Alini yaşayış olmayan bir əraziyə apararaq orada basdırıb. Onlar izi itirmək üçün isə ötən gün onun maşınına od vurublar.

R.D törətdiyi cinayət əməlinə görə saxlanılaraq həbs edilib. 

Milli.Az


Etiketlər:  Kişi arvadını sevgilisi ilə tutdu odunla öldürüb basdırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ