Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Öd kisəsi olmadan insan yaşaya bilərmi? - CAVAB

Öd kisəsi olmadan insan yaşaya bilərmi? - CAVAB

Tarix: 20 Oktyabr 2023 03:36

Öd kisəsi bir kisə şəkilli orqandır. Qaraciyərin altında yerləşir və qaraciyərdə istehsal olunan ödü öz içində depolayır. 

Maraqlıdır, görəsən, öd kisəsi olmadan insan yaşaya bilərmi?

Milli.Az lent.az-a istinadən bildirir ki, həkim Elgün Səmədovun fikrincə, insan ödsüz yaşaya bilməz, amma öd kisəsiz insanlar yaşayır. 

Onun sözlərinə görə, əgər insanın öd kisəsi yoxdursa, demək depo funksiyası olmayacaq:

"Qaraciyərdə öd sintezlənəcək, o öd gəlib bağırsağın içində yeməklə qovuşacaq. Depo olmadığı üçün öd kisəsi əməliyyatı keçirmiş insanlar çox yemək yeyərsə, həzmsizlik, köplük, şişlik halları yaşaya biləcək. Öd kisəsi çıxarılmış insanlar yeməyi az-az yeməlidir. Qaraciyəri gücə salmayan dietik yeməklər istehlak etməlidir. Gündə 5-6 dəfə qidalanmalıdır. Bununla onlar öd kisəsinin olmamasının əziyyətini çəkməzlər".

Milli.Az


Etiketlər:  Öd kisəsi olmadan insan yaşaya bilərmi CAVAB


RƏYLƏR