Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜST: Bu il ən 31 ölkədə vəba epidemiyası qeydə alınıb

ÜST: Bu il ən 31 ölkədə vəba epidemiyası qeydə alınıb

Tarix: 20 Oktyabr 2023 08:42

Bu il ən azı 31 ölkədə vəba epidemiyası qeydə alınıb və bu, dünyada təxminən bir milyard insanı xəstələnmək riski ilə üz-üzə qoyub.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

O deyib: "Biz bu xəstəliyə çoxdan qalib gəlməli idik, amma, əslində o, artır".

ÜST rəhbəri qeyd edib ki, 2022-ci ildə vəba ilə bağlı xəbərlərin sayının 2021-ci ilə nisbətən iki dəfə artıb və bu il daha da pis olacaq.

"Hazırda ən çox narahatlıq doğuran vəziyyət Burundi, Kamerun, Konqo Demokratik Respublikası, Efiopiya, Tanzaniya, Sudan, Suriya və Zimbabvedədir", - deyə Qebreyesus əlavə edib.

Milli.Az


Etiketlər:  ÜST ölkədə vəba epidemiyası qeydə alınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ