Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2023 10:12
ABŞ-nin büdcə kəsiri son bir ildə 320 milyard dollar artaraq 1,7 trilyon dollara çatıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə ölkənin maliyyə naziri Canet Yellen və Ağ Evin Büdcə İdarəsinin rəhbəri Şalanda Yanqın birgə bəyanatında deyilir.
Sənəddə göstərildiyi kimi, sentyabrın 30-da başa çatan 2023-cü maliyyə ilində ABŞ-nin büdcə xərcləri 6,1 trilyon dolları, gəlirləri isə 4,4 trilyon dolları ötüb. Beləliklə, 2022-ci maliyyə ilinin məlumatları ilə müqayisədə büdcə kəsiri 320 milyard dollar artaraq təxminən 1,7 trilyon dollar təşkil edir.
Qeyd edilir ki, bu, ABŞ ÜDM-nin 6,3%-nə bərabərdir.