Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2023 17:45
"33 yaşım tamam oldu. Amma bu yaşı mənə heç kim vermir. Artıq həyatımda az insanın olmasını istəyirəm. Elə bir insanam ki, hər şey edə bilərəm. Heç kimi heç nəyə görə qınamıram. İnsan ölənə qədər səhv edir. O qədər səhvlərim var ki... Bilirəm ki, bundab sonra da o səhvlər olacaq. İnsanam və səhv etməliyəm. O səhvləri etməsəm, mən böyümərəm".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri aktrisa Pərvin Abıyeva "Günə son" verilişinə müsahibəsində deyib. Bir neçə gün əvvəl doğum gününü qeyd edən Pərvin sevgilisindən ayrıldığını bildirib:
"Sevgilim var idi, amma ayrıldım. Belə lazım idi. Çünki daha yaxşısı olacaq. Daha gözəl həyat məni gözləyir. Mən sevgi ilə gözəlləşirəm, qidalanıram və yaşayıram. Tək sevgi yox, eyni zamanda qayğı və diqqət. Bu il özümə ağ gəlinlik geyinməyi arzulayıram. Necə olsun ki, mən qazanım, amma o çulsuz, heçnəsiz bir insan olsun. Qürurlu insan bunu özünə sığışdırmaz. Mənim önümdə ailəsini saxlayan bir insan olmalıdır. Mən onu yox, o məni saxlamalıdır. İnsan sevdikcə cavanlaşır. İnsan gərək hər zaman sevib, sevilsin.
Ətrafımdan ən boyük istəyim, hər zaman məni sadəcə təmiz və saf sevin. O sevginin təmiz olduğunu görsəm nəyin ki, pulumu, varımı, hətta canımı, ürəyimi çıxararam verərəm o insana. Çünki mən sevgiyə ac bir insanam".