Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Mançester Yunayted”in əfsanəvi futbolçusu vəfat etdi

“Mançester Yunayted”in əfsanəvi futbolçusu vəfat etdi

Tarix: 21 Oktyabr 2023 19:22

"Mançester Yunayted"in əfsanəvi futbolçusu Bobbi Çarlton 86 yaşında vəfat edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ailəsi məlumat verib.

"Ser Bobbinin şənbə günü səhər erkən saatlarında dinc şəkildə vəfat etdiyi xəbərini böyük kədərlə bölüşürük. O, ailəsinin əhatəsində olub", - açıqlamada bildirilib.

Qeyd edək ki, İngiltərə millisinin hücumameyilli yarımmüdafiəçisi 1966-cı ildə dünya çempionu olub. Eyni ildə o, "Qızıl top"la mükafatlandırılıb. "Qırmızı şeytanlar"ın heyətində isə futbolçu üçqat İngiltərə çempionu olub, həmçinin 1 dəfə İngiltərə Kuboku, 4 dəfə İngiltərə Superkubokunun sahibi olub. Eyni zamanda, idmançı "Mançester Yunayted"lə Avropa çempionları kubokunun qalibi olub. Çarlton karyerasının, demək olar, 19 ilini Mançester təmsilçisinə həsr edib.

Milli.Az


Etiketlər:  Mançester Yunaytedin əfsanəvi futbolçusu vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ