Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyada ən qara çay tapıldı

Dünyada ən qara çay tapıldı

Tarix: 22 Oktyabr 2023 22:02

Dünyada ən qara çay tapılıb.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, Sürixdəki İsveçrə Texniki Universitetinin tədqiqatçıları dünyanın ən qara çayının Afrikadakı Konqo çayının qolu olan Ruki çayı olduğunu aşkarlayıblar.

Çayın suyunda çoxlu miqdarda həll edilmiş üzvi maddələr var. Ruki çayında üzvi karbon birləşmələri Konqo çayından dörd dəfə, indiyə görə suyunun qaralığına görə birinci yerdə qərarlaşmış Rio-Neqro çayından isə 1,5 dəfə çoxdur.

Ruki çayındakı karbon birləşmələrinin qaynağı yağış və cəngəllikdir. Yağışlı mövsüm gələndə çay torf toplanan meşəni basır və həmin üzvi maddələr çaya qarışır.

Hazırda çayda böyük həcmdə karbon qazı var. Ancaq Ruki çayı yavaş axdığına görə hələ ki, karbon qazı havaya tədricən daxil olur. Bununla belə, alimlər hesab edirlər ki, nə vaxtsa  çayda toplanan karbon qazının böyük həcmdə də havaya daxil ola bilər.


Etiketlər:  Dünyada qara çay tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ